Sənə Müraciət

17/08/2009 at 8:09 pm 1 comment

Əslində bu müraciəti sənə çoxdandı yazmaq istəyirdim…

Ancaq necə yazacağımı elə hey götür-qoy edirdim…

Nəhayət qərara gəldim ki götür-qoy lazım deyil, həmçinin gecikdirmək də…

Qaralamaya yazmadan, oturub üzərində düşünmədən hətta bir az tələsik yazıram sənə…

Çünki zaman daralır, vaxt azalır və indi ən çox sənə ehtiyacım var…

Bəziləri ola bilsin, sənə müraciətimi yadırğayacaq, bəziləri də sənin kimliyini araşdıracaq…

Sən isə kim olduğunu bilirsən həmçinin bu yazınının sənə ünvanlandığını da…

Soruşa bilərsən ki, niyə sən, başqası yox niyə sən?!

Çünki

Artıq başqası qalmayıb yeganə ümid sənsən… Sən isə başqalaşırsan…

Halbuki sən belə deyildin və inanıram kı, hələ səndə keçmişin sönük də olsa qığılcımları durur.

Sən necə atəşli, coşqulu, vətənpərvər olduğunu göstərmisən və yenə də göstərə bilərsən…

Sənin həbsə atılmaqdan qorxmadığın, bir amal uğrunda mübarizə apardığın zamanın olub.

Atalar tək əldən səs çıxmaz deyəndə sənin tək əllə sovet divarına vurduğun yumruğun səsi eşidilib…

Əgər çox əlin bir arada çıxardığı səs, kiməsə çalınan alqış patırtısından o tərəfə getmirsə nəyə lazımdır o əllər?!

Hardadı o günlər…

O günlər ki, sənin qanın qaynayırdı, daha çox həvəsliydin nəsə etməyə…

Daha çox arzuluydun bütün köhnələri yeniləşdirməyə…

İndi isə… ehhh…

İndi isə səsin çıxmır, yaman tənbəl olmusan…

O enerjini, o ruhu səndə görmürəm artıq…

Nə qədər olar axı, palaza bürün, elnən sürün…

Yoxsa düşünürsən hər kəs başqalaşıb, sən yalnız qalmısan?!

Mən sənə yazıramsa demək yalnız deyilsən…

Yazıram ki, biləsən

Səndən başqa bir sən də var…

Səndən başqa minlərlə, milyonlarla sən var…

Sənə ehtiyacı olan sən…twitter

Sən… Biz… Sən… Biz… Sən…

Entry filed under: Məqalə - Yazı. Tags: , , , , , , , , , , , , , , , , , , , , .

Türkiyə – Ermənistan sərhəddinin açılması

1 şərh Add your own

  • 1. ibrahim  |  04/09/2009 at 9:36 am

    ela,cox xosuma geldi.

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


RSS Unknown Feed

  • Xəta var; yəgin təchizat işləmir. Bir qədər sonra yenidən cəhd edin.

Twitter

Bölmə

Watch videos at Vodpod and other videos from this collection.

SocialVibe


Əhatə Dairəsindən Kənarda


Statistika

  • 2,202 hits

Follow

Get every new post delivered to your Inbox.